Ermənistan Baş naziri Nikol Paşinyanın son çıxışında Azərbaycanın əsas tələblərinə müsbət yanaşmağa hazır olduğunu bildirməsi beynəlxalq arenada böyük maraqla qarşılandı. Bu çıxışda Paşinyan, Bakının irəli sürdüyü konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvi kimi vacib məsələlərə müsbət yanaşacağını bildirdi.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov Den.az-a bildirib ki, Paşinyanın açıqlamasının arxasında yatan səbəblər və onun nəticələri ətrafında müxtəlif suallar yaranır. Bir tərəfdən, bu bəyanatlar sülh prosesində ciddi gəlişmələrin yaşanmasının işarəsi kimi qəbul edilə bilər. Paşinyanın bu istiqamətdəki açıqlamaları, illərdir davam edən gərginliklərin sona çatması üçün yeni bir dövrün başlanğıcı ola bilər.
Digər tərəfdən, bu çıxışın bir manevr olaraq qiymətləndirilməsi də mümkündür. Paşinyanın açıqlamaları, Ermənistanın daxili siyasətində və ya beynəlxalq səhnədə müəyyən üstünlüklər qazanmaq məqsədi ilə verilmiş ola bilər. Belə bir ssenari, sülh danışıqlarında daha çox vaxt qazanmaq və ya Ermənistanın maraqlarına uyğun yeni şərtlər irəli sürmək məqsədi daşıya bilər.
Hər iki halda da, Paşinyanın çıxışı regional və beynəlxalq miqyasda diqqətlə izlənməli və qiymətləndirilməlidir. Çünki onun çıxışlarında ikibaşlı oyunun olduğunu görmək mümkündür. Hətta arxasında təhsükəli qüvvələrində dayandığını demək mümkündür. Ancaq sülhün bərqərar olması üçün hər iki tərəfin səmimi və davamlı addımlar atması vacibdir. Bu çıxışın real nəticələr doğurub-doğurmayacağı isə yaxın gələcəkdə aydın olacaq.
Ellada Rəsul
Den.az