Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında “Tramp yolu” adlı yeni nəqliyyat dəhlizi istifadəyə veriləcək.
Denmedia.az xəbər verir ki, bu barədə Ağ Evə yaxın mənbələr məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, “Tramp yolu” bölgədə iqtisadi əməkdaşlığın və nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcək, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh prosesini dəstəkləyəcək. Həmçinin bu layihənin enerji resurslarının və ticarətin region vasitəsilə keçidini asanlaşdıracağı vurğulanıb.
Ağ Ev nümayəndələri bildiriblər ki, bu təşəbbüs iki ölkə arasında etimadın artırılması və regional stabilliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Ermənistanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə qorunacaq və hörmətlə yanaşıldığı ifadə olunub.