“2020-ci ildə imzalanan 9 noyabr üçtərəfli bəyanatına qayıtmağın mənası yoxdur, çünki bu sənəd keçmişdə qaldı”.
Denmedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir sülh prosesində Vaşinqton razılaşmasının əsas götürülməli olduğunu söyləyib:
“2025-ci il avqustun 8-də Ermənistanla Azərbaycan arasında sülh bərqərar oldu. Müxalifət sonrakı günlərdə baş verənlərə görə şok vəziyyəti yaşadı. Lakin onlar da reallığı qəbul etməlidirlər. Biz yaradılmış sülh şəraitini qorumağı öz vəzifəmiz hesab edirik və proseslə bağlı xalqa hər şeyi izah etməyə hazırıq”.(Globalinfo.az)