ABŞ mediasında İranın ali dini liderinin iqamətgahının mümkün vəziyyətini əks etdirən görüntü yayılıb.
Bildirilir ki, obyektə İsrail və ya ABŞ raketlərinin birbaşa zərbəsi endirilmiş ola bilər.
The New York Times nəşri peyk görüntüsünü dərc edərək qeyd edib ki, şəkil Airbus şirkəti tərəfindən çəkilib və İran İslam Respublikasının ali dini lideri ayətullah Əli Xameneinin Tehrandakı mühafizə olunan kompleksinin vəziyyətini əks etdirir.
Nəşrin məlumatına görə, peyk kadrlarında kompleks ərazisində qalın qara tüstü və geniş dağıntılar müşahidə olunur.
Hazırda görüntülərin rəsmi təsdiqi və zərbələrin nəticələri ilə bağlı əlavə məlumat verilməyib.

