İsrailin N12 telekanalı bildirir ki, hava zərbələri nəticəsində İranın ali dini lideri Əli Xameneinin yaxın qohumları — kürəkəni və gəlini həlak olub. Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Kanala istinadən yayılan xəbərdə qeyd olunur:
“İran Xameneinin kürəkəni və gəlininin hücum nəticəsində öldüyünü bildirir.”
N12 həmçinin xəbər verir ki, İsrail və ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində ümumilikdə 201 nəfər həyatını itirib. İranın Təhsil Nazirliyi isə ölkənin müxtəlif bölgələrində yerləşən üç məktəb binasına raketlərin düşməsi nəticəsində təxminən 90 yeniyetmənin həlak olduğunu açıqlayıb.
Hadisələrlə bağlı əlavə təfərrüatlar və rəsmi təsdiqlər gözlənilir.

