Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Aeroportda Azərbaycan və Avropa İttifaqının bayraqları dalğalanıb.
Ursula fon der Lyayeni hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

