İranın Bakıdakı səfirliyi İran Prezidenti Ayətullah Rəisinin, İran xarici işlər nazirinin və digər şəxslərin şəhadətinə görə həmdərdliyini ifadə edən hökumət rəsmilərinə və Azərbaycan xalqına təşəkkür və minnətdarlığını bildirib.
"Den.az" xəbər verir ki, bununla bağlı İranın Bakıdakı səfirliyinin məktubunda qeyd olunub.
"İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri cənab Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzası nəticəsində şəhidlik zirvəsinə ucalması ilə əlaqədar İran İslam Respublikasının Bakıdakı səfirliyi başsağlığı vermək məqsədilə İran səfirliyinə gələn və İran xalqının kədərinə şərik olduğunu bildirən başda Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev olmaqla, Azərbaycan Respublikasının dövlət rəsmilərinə və Azərbaycan vətəndaşlarına, eləcə də Bakıda fəaliyyət göstərən və yaşayan xarici səfirlərə, diplomatlara və o cümlədən İran vətəndaşlarına dərin təşəkkür və minnətdarlığını bildirir", - məlumatda bildirilib.
İran səfirliyi Azərbaycana təşəkkür etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.