Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Maskat şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyini ziyarət edib.
Milli Məclisin sədri və parlament nümayəndə heyəti səfirlikdə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Daha sonra Sahibə Qafarova nümayəndə heyətinin üzvləri ilə birlikdə səfirliyin əməkdaşları ilə görüşüb, onlar üçün yaradılan iş şəraiti ilə tanış olub.
Səfər çərçivəsində Milli Məclisin sədri səfirliyin xatirə kitabına da qeyd edib.

