Milli Məclisin sədri Sahibə Qafarova Aralıq dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumununun 2-ci sessiyasında iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərdədir.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, Əbu-Dabi beynəlxalq hava limanında parlament nümayəndə heyətini BƏƏ Federal Milli Şurasının sədri Səqr Qobaş, ADPA Qadın Parlament Forumunun sədr müavini və sədri Məryəm bin Təniyə, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın ADPA Qadın Parlament Forumunun sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulur.

