ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff İsrailə səfər edib. Bu barədə İsrail KİV-i məlumat yayıb.
Gözlənilir ki, çərşənbə axşamı günün ikinci yarısında Stiven Uitkoff İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Görüşdə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və Xarici Kəşfiyyat Xidmətinin (Mossad) direktoru David Barnea da iştirak edəcək.
İsrail KİV-inin qeyd etdiyinə görə, görüşün əsas mövzusu İran ətrafında yaranmış vəziyyət olacaq.

