ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İran şah sülaləsinin varisi Rza Pəhləvi ilə gizli görüş keçirib. Bu barədə mənbələrə istinadən Axios yazır.
“Bu, 15 gün əvvəl başlayan etirazlardan sonra İran müxalifəti ilə Tramp administrasiyası arasında yüksək səviyyəli ilk görüş olub. Pəhləvi rejimin süqutu halında özünü ‘keçid’ lideri kimi təqdim etməyə çalışır”, — materialda deyilir.

