Azərbaycan Müdafiə Nazirliyi Türkiyə ərazisinə yönəlmiş və Qaziantep şəhəri üzərində zərərsizləşdirilmiş raket hücumunu qəti şəkildə pisləyib.
Nazirliyin yaydığı bəyanatda bildirilib ki, bu cür addımlar regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir.
“Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin öz əhalisinin və ərazisinin təhlükəsizliyini təmin etmək istiqamətində gördüyü tədbirləri dəstəkləyirik.
Azərbaycan qətiyyətlə Türkiyənin yanındadır”, — deyə bəyanatda qeyd olunub.

