İran Türkiyə ərazisi istiqamətində ballistik raket buraxıb. Bu barədə martın 9-da Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raket Qaziantep şəhərinə yaxınlaşarkən NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilib.
Məlumata görə, raket Türkiyənin cənub-şərq sərhədini keçib, lakin hava məkanında zərərsizləşdirilib. Onun qalıqları kənd ərazisinə düşüb.
Hazırkı məlumata əsasən, xəsarət alanlar və ya ciddi dağıntılar barədə məlumat yoxdur.

