İsrail və Livan liderləri yaxın vaxtda danışıqlar aparacaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, məqsəd iki ölkə arasında “qısa fasilə” yaratmaqdır. Donald Tramp qeyd edib ki, dövlət başçıları təxminən 34 ildir birbaşa görüş keçirməyib.
“İsrail və Livan arasında kiçik bir fasilə yaratmağa çalışırıq. Bu ölkələrin liderləri sonuncu dəfə təxminən 34 il əvvəl ünsiyyət qurub. Bu, sabah baş verəcək. Əla!” — deyə Donald Tramp yazıb.
Ötən həftə İsrailin baş naziri hökumətə Livanla birbaşa danışıqların mümkün qədər tez başlanması tapşırığını verdiyini açıqlamışdı. Gündəm məsələləri arasında “Hizbullah”ın silahsızlaşdırılması və iki ölkə arasında sülh münasibətlərinin qurulması var.
Danışıqlarla bağlı ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott da açıqlama verib.

