Kremlin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yeni görüşün Budapeştdə keçirilməsini ilk təklif edən şəxs olub. Putin bu ideyanı dərhal dəstəkləyib, Denmedia.az xəbər verir.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki:
“Tərəflər mümkün sammitin hazırlanması məsələləri ilə dərhal məşğul olacaqlar. Görüş, məsələn, Budapeştdə baş tuta bilər.”
Həmçinin o qeyd edib ki, Tramp Budapeşt ideyasını irəli sürüb, Putin isə “bu Avropa paytaxtında görüş ideyasını çox müsbət qarşılayıb.”
Macarıstanın Baş naziri Viktor Orban da bu təklifə cavab verərək bildirib ki, ölkə tərəflərin dialoqu üçün meydança yaratmağa hazırdır.