Ağ Ev rəhbəri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə hörmətlə yanaşır.
Bunu Lenta.ruya açıqlamasında Pensilvaniya ştatı Senatının keçmiş üzvü Bryus Marks bildirib.
Onun sözlərinə görə, Trampın bu münasibəti hələ prezident vəzifəsinə başlamazdan əvvəl formalaşıb.
“Keçmiş prezident Co Baydendən fərqli olaraq, Prezident Tramp həmişə Prezident Putinə böyük hörmətlə yanaşıb. O, liderlərimizin üz-üzə danışa bilməsi üçün onu Alyaskada görüşə dəvət etmişdi”, deyə Marks bildirib.
Keçmiş senator qeyd edib ki, bu yanaşma əvvəlki ABŞ administrasiyasının mövqeyindən fərqlənir. Onun sözlərinə görə, həmin görüşdə Tramp Putini şəxsən qarşılamaq üçün iştirak edib.

