Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün Yaxın Şərq regionunun İsrailin aqressiv siyasətinin bədəlini ödədiyini bildirib.
Ərdoğan bunu Bişkekdə keçirilən ŞƏT+ formatlı sammitdə çıxışı zamanı deyib.
Türkiyə lideri Qəzza sektoru və Livandakı qurbanların unudulmamasının vacibliyini vurğulayıb.
“Bütün regionumuz İsrailin aqressiv siyasətinin bədəlini ödəyir. İsrailin hücumları nəticəsində 74 min insanın həlak olduğu Qəzza və Livanı unutmamalıyıq”, – Ərdoğan bildirib.

