Rusiya Prezidenti Vladimir Putin Qarabağ ətrafında baş verən hadisələri xatırlayarkən Azərbaycan Prezidenti İlham Əliyevi “müasir və ziyalı insan” adlandırıb.
Denmedia.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Putin bildirib ki, Qərb ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdı və ona bölgədə yaşayan erməni əhalinin hüquq və maraqlarının təmin edilə biləcəyini deyirdilər.
Rusiya prezidenti isə həmin vədlərin erməni əhalinin bölgədə qalmasını təmin edəcəyinə inanmadığını bildirib.
Putin deyib:
“Prezident Əliyev Qarabağın erməni əhalisinə pis heç nə etməyəcək. O, müasir, ziyalı insandır. Onların maraqlarını təmin etməyə çalışacaq, buna yüz faiz əminəm. Amma onlar yenə də qalmayacaqlar. Elə də oldu.”

