Azərbaycan Prezidenti İlham Əliyev Anar Keykavus oğlu Əcəmovu ölkənin Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Digər sərəncamla Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Xatırladaq ki, Vaqif Sadıqov ötən ay Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, eləcə də Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri vəzifələrindən geri çağırılmışdı.
Denmedia.az

