Türkiyə, Gürcüstan və Azərbaycanın daxili işlər nazirlikləri arasında cinayətkarlıqla birgə mübarizə məsələlərinin müzakirəsi üçün üçtərəfli mexanizmin yaradılması planlaşdırılır. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bu barədə TGRT Haber-ə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Gürcüstana son səfəri zamanı o, Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli mexanizmin yaradılmasını təklif edib.
“Yaxın günlərdə onu fəaliyyətə keçirəcəyik”, – Mustafa Çiftçi bildirib.
Xatırladaq ki, Gürcüstana səfəri çərçivəsində Çiftçi gürcüstanlı həmkarı ilə cinayətkarlığa qarşı birgə mübarizə məsələlərini müzakirə edib.

