İyunun 8-də, bazar ertəsi İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak ediblər.
Danışıqlar Çırağan sarayında, Hakan Fidanın sədrliyi ilə baş tutub.
Görüşdən əvvəl xarici işlər nazirləri birgə foto çəkdiriblər. Danışıqlar başa çatdıqdan sonra nazirlərin mətbuata açıqlama verəcəyi gözlənilir.

