Türkiyədə Əkrəm İmamoğlu tərəfdarları ilə Polis arasında gərginlik artıb...
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda Türkiyədə etiraz aksiyaları artıq 4-cü gündür ki, davam edir.
“Den.az” xəbər verir ki, etirazların qarşısı polis tərəfindən alınmağa çalışılır.
Hətta bəzi mənbələrin məlumatına görə, aksiyaçılar gecə saatlarında iri şəhərlərdə polisə də hücum çəkirlər. Əkrəm İmamoğlu təfərdarları küçələrdə istefa şüarları səsləndirir.
Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb. Bunun ardınca İstanbul, Ankara, İzmir və digər şəhərlərdə etiraz aksiyası keçirilib.
#Türkiyə#Aksiya#Polis#Qarşıdurma#Ərdoğan#Əkrəm