İnci Tanelerinin növbəti bölümü həyəcanlı və gərgin hadisələrlə tamaşaçılara təqdim olunub.
Bölümdə Dilberin illərdir gizlətdiyi sirr üzə çıxıb. Azem isə sevdiklərinin təhlükəsizliyi naminə onların ondan nifrət etməsinə belə razı olub.
Azemin keçmiş tələbəsi, polis rəisi Erman onun yoxa çıxmasını araşdırmağa başlayıb. Atasının öldürüldüyünü düşünən Cihandan məlumat almaq istəyən Erman vəziyyəti daha da gərginləşdirib. Cihanın intiqam arzusunda olduğunu öyrənən Azem yaşadığını sübut etmək üçün video çəkməyə qərar verib.

Bu arada Reyyaz Cihanı saxlayaraq pulunu gətirməsi üçün ona təzyiq göstərib. Elifin hamilə olduğu xəbəri isə hadisələrin gedişatını dəyişib. Reyyaz Cihana hamiləlik məsələsini “həll etməyi” və Elifdən uzaq durmağı tələb edib.
Ferdanın həyat yoldaşı Gültənin təşkil etdiyi şam yeməyində oxunan şeir kitabındakı ad diqqət çəkib — Azem Yücedağ.
Dilber isə uzun illər vicdan əzabı ilə yaşadığı həqiqəti İzzətə danışıb. Keçmiş sevgilisi tərəfindən zorakılığa məruz qaldığı zaman hadisələrin nəzarətdən çıxdığını və Kamuranın yanına sığındığını bildirib. Keçmiş sevgilisini öldürdüyünü düşündüyü üçün illərlə özünü günahkar sayan Dilber qatil olmadığını öyrənib.

Lakin pavyonda yenidən səhnəyə çıxan Dilber üçün ən böyük sarsıntı keçmiş sevgilisi Servanı qarşısında görməsi olub.


