Hindistanda Rupeş Satişçandra Amberkar adlı şəxs həyat yoldaşını hiyləgər planla öldürərək hadisəni bədbəxt hadisə kimi qələmə verdiyi üçün həbs olunub. Bu barədə NDTV məlumat yayıb, Denmedia.az xəbər verir.
Hadisə 10 iyul 2022-ci ildə baş verib. Rupeşin həyat yoldaşı Nirja Amberkar öz evində zəhərli ilan sancması nəticəsində ölüb. Polisə ilkin ifadəni Rupeşin özü və həmin vaxt evdə qonaq olan üç dostu verib. Onların sözlərində şübhəli məqam aşkarlanmadığı üçün hadisə adi bədbəxt hadisə kimi qeydə alınıb.
Lakin üç il sonra müstəntiq Anukul Donde işi yenidən araşdırmağa başlayıb. O, şahid ifadələrində uyğunsuzluqlar aşkar edib və şübhəlilərə təzyiq göstərib. Nəticədə məlum olub ki, Rupeş tanış ilan-xilasedicisindən zəhərli ilan gətirməsini xahiş edib və onu həyat yoldaşına qarşı istifadə edib.
Qurulan saxta ssenari sayəsində cinayət illərlə gizli saxlanılıb. İstintaq zamanı Rupeşin dostları bildiriblər ki, o, həyat yoldaşı ilə tez-tez mübahisə edir, onun tərəfindən psixoloji təzyiqə məruz qaldığını deyirmiş. Sonda Rupeş Nircadan “qurtulmaq” üçün kömək istəyib.
Dindirilmələrdən sonra polis dörd nəfərin hamısını — Rupeşi, onun üç dostunu və ilan-xilasedicini həbs edib. Onlara qarşı cinayət ittihamları irəli sürülüb.

