Sadakatsiz serialında “Gönül” obrazı ilə yadda qalan Gözde Seda Altuner son günlər kəskin çəki itkisi ilə diqqət mərkəzinə düşüb.
Sosial şəbəkələrdə tez-tez “Necə arıqladın?” sualı ilə üzləşən aktrisa bu dəfə açıq danışıb və metodunu gizlətməyib.

Yayımladığı videoda Altuner bildirib:
“Çox arıqlamısan deyirlər. İynə istifadə etmisən? Bəli, uşaqlar, iynə istifadə etmişəm. Bu dövrdə istifadə etməyən azdır. Amma bu, həkim nəzarəti olmadan əsla istifadə ediləcək bir şey deyil. Həkim nəzarəti altında məşhur iynələrdən birini tətbiq etdim və arıqlamağa davam edirəm.”
Aktrisa sözlərinə davam edərək bildirib ki, son illərdə birdən-birə bir çox insanın çəki itirməsi təsadüfi deyil:

“İllərlə arıqlaya bilməyənlər birdən-birə arıqladı. Nə oldu? Planetlər dəyişdi? Xeyr, tibbi müdaxilə oldu. Mən bunu suallara dürüst cavab vermək üçün deyirəm. ‘Sadəcə sağlam qidalanıram və idman edirəm’ deməmək üçün açıqladım. Sağlam qidalanıram və idman edirəm, amma təkcə onları etmirəm.”
Altuner xüsusi vurğulayıb ki, bu cür preparatlar mütləq həkim nəzarəti altında tətbiq olunmalıdır.

“Həkim nəzarəti olmadan istifadə etsəniz, ciddi fəsadlar ola bilər. Həyatınızı riskə atmayın”, – deyə o xəbərdarlıq edib.

