Türkiyənin məşhur serialı İnci Taneleri final bölümü ilə tamaşaçıları ilə vidalaşıb. Final epizodunda Azem, Dilbere sevgisini etiraf edir, bir sıra hesablaşmalar baş verir və hadisələr qanlı toy gecəsi ilə dramatik şəkildə sona çatır.

Final səhnələrində Azem həyatının ən mühüm anlarını xatırlayır və daha sonra keçmiş tələbəsi, polis Ermana təslim olur. Həbsxana səhnələri ilə davam edən finalda Azemin yazdığı “İnci Taneleri” kitabının seriala çevrildiyi göstərilir. Beləliklə, Azemin həyatı bir hekayəyə çevrilərək tamaşaçı ilə vidalaşır.


