Türkiyənin məşhur “Kral Kaybederse” serialı final edəcək.
DenMedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddətdir final iddiaları ilə gündəmdə olan layihənin axırıncı fragmanında “son üç bölüm” ifadəsi yer alıb.
Bu da final qərarını rəsmi şəkildə təsdiqləyib.
Populyar serialın bitməsi xəbərini eşidən izləyicilər sosial şəbəkələrdə məyusluqlarını ifadə ediblər.
Qeyd edək ki, serialın baş rollarında Halit Ergenç, Aslıhan Gürbüz, Nilperi Şahinkaya və Merve Dizdar yer alıb.

