“İnci Taneleri” serialında Cihan obrazını canlandıran aktyor Kubilay Aka hərbi xidmətə yollanır. Serial 12 mart 2026-cı ildə final edib.
Məlumata görə, aktyor bedelli hərbi xidmət üçün hazırlıqlara başlayıb və saçını qısaltdığı görüntüləri sosial şəbəkədə paylaşıb. Onun paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.
2 aprel tarixində xidmətə başlayacaq Kubilay Aka hərbi borcunu Bilecikdə yerinə yetirəcək.

1995-ci il təvəllüdlü aktyor Eskişehir Anadolu Universitetində təhsil alıb və aktyorluq üzrə əlavə dərslər keçib. O, daha əvvəl “Vatanım Sensin” serialında Ali Kemal, “Çukur” serialında isə Celasun obrazı ilə tanınıb.
Kino sahəsində isə “Arif V 216” filmində Yakışıklı Kemal, “Aşk Bu Mu?” filmində isə Umur obrazını canlandırıb.

