Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslər hərbi xidmətə çağırılır. Lakin doktarantura təhsili alanların əsgər gedib-getməyəcəyi sualı cəmiyyətdə maraq doğurur.
Bəs doktorantlar hərbi xidmətə çağırılacaq?
Den.az xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, doktorantlar alimlik dərəcəsi aldıqları təqdirdə hərbi xidmətə çağırılmayacaqlar.
"Lakin təhsil aldıqları müddət ərzində müdafiə edə bilməsələr, onlar da hər bir Azərbaycan vətəndaşı kimi hərbi xidmətə cəlb ediləcəklər", - deyə o əlavə edib.