Aktrisa Pelin Karahan və həyat yoldaşı Bedri Güntay 12 illik evliliklərini rəsmi olaraq başa vurublar.
Bir müddətdir ayrılıq xəbərləri ilə gündəmdə olan cütlük razılıq əsasında, bir iclasda boşanıb və ayrılıqdan sonra ortaq açıqlama yayıb.

“İctimaiyyətə hörmətlə bildiririk ki, bu gündən etibarən evliliyimizi qarşılıqlı sevgi və hörmət çərçivəsində, razılaşma əsasında sonlandırmışıq.
Bundan sonrakı mərhələdə də iki övladımızın valideynləri olaraq ortaq məsuliyyətimiz və bir-birimizə olan hörmətimiz davam edəcək. Uşaqlarımızın mənafeyinin qorunması və inkişaflarının mənfi təsirlənməməsi üçün media nümayəndələrindən və ictimaiyyətdən ailə həyatımızın məxfiliyinə hörmətlə yanaşmalarını xahiş edirik.
Bu məsələ ilə bağlı edəcəyimiz yeganə və son açıqlama budur.”

