Türkiyəli aktrisa İrem Helvacıoğlu ilə iş adamı Ural Kaspar rəsmi olaraq boşanıb. 2025-ci ildə qızları Soranı qucaqlarına alan cütlüyün 1,5 illik evliliyi bir iclasda başa çatıb. Beləliklə, uzun müddətdir gündəmdə olan ayrılıq iddiaları rəsmiləşib. Boşanma prosesi qısa sürüb və qərar bir məhkəmə iclasında qüvvəyə minib. Boşanmadan sonra İrem Helvacıoğlunun sosial şəbəkə hesabındakı dəyişikliklər də diqqət çəkib. Aktrisanın profilindən “Kaspar” soyadını sildiyi və cütlüyə aid birgə fotoları paylaşımından qaldırdığı müşahidə olunub. Qeyd edək ki, cütlük daha əvvəl də ayrılıq xəbərləri ilə gündəmə gəlmiş, lakin aktrisa həmin iddiaları qəti şəkildə təkzib etmişdi.
Məşhur cütlük evliliyinə nöqtə qoydu - FOTO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

