“Hayalini belə qura bilmədiyim bir həyatı yaşayıram” deyən aktrisa Pelin Karahanın xoşbəxtliyinin uzun çəkmədiyi iddia olunur.
Türk mediasının məlumatına görə, o, 2014-cü ildə ailə qurduğu və iki övladının atası olan Bedri Güntay ilə boşanmaq qərarı verib.
İllər əvvəl yayımlanan Kavak Yelleri serialındakı rolu ilə məşhurluq qazanan aktrisa həm karyerası, həm də şəxsi həyatı ilə daim gündəmdədir. Son günlər isə o, məhz boşanma iddiaları ilə diqqət mərkəzinə düşüb.

2014-cü ildə nikah masasına əyləşən cütlüyün Ali Demir və Can Eyüp adlı iki oğlu var. Karahan daha əvvəl həyatından məmnun olduğunu bildirərək belə demişdi:
“Hayalini belə qura bilməyəcəyim bir həyatı yaşayıram. Karyera qayğım yoxdur, maddi qayğım yoxdur.”
Aktrisa həmçinin qeyd etmişdi ki, həyatdan gözləntiləri azalıb, daha çox anı yaşamağa üstünlük verir və qadın üçün 40 yaşın çox dəyərli olduğunu düşünür.

Lakin 12 illik evliliyin üzərinə kölgə düşdüyü iddia olunur. Cütlüyün boşanmaq qərarı aldığı və bu prosesi mediadan uzaq şəkildə davam etdirmək üçün evlərini ayırdığı barədə xəbərlər yayılıb. Hələlik tərəflərdən rəsmi açıqlama verilməyib.

