Ebru Gündeş Riyaddakı konserti ilə gündəmə gəlib – həm səhnə performansı, həm də aldığı qonorar diqqət çəkib.
İddialara görə, sənətçi 1 saatlıq çıxışına görə 20 milyon lirə qazanıb.
Riyadhda səhnəyə çıxan Ebru Gündeş Orta Şərqdə geniş pərəstişkar auditoriyası qarşısında çıxış edib. O, səhnəni Assala Nasri ilə bölüşüb. İkili birlikdə “Gönlümün Efendisi” və “Aktar” mahnılarını türk və ərəb dillərində ifa edib.

Məlumata əsasən, Riyadda keçirilən həmin gecədə 1 saatlıq performans qarşılığında Gündeşin 20 milyon TL (təxminən 580 min dollar) aldığı bildirilir.

