İspaniyada illərdir vergidən yayınma ittihamları ilə gündəmə gələn dünya şöhrətli müğənni Şakira ilə bağlı diqqətçəkən qərar qəbul edilib.
İspaniya Milli Məhkəməsi kolumbiyalı sənətçinin 2011-ci ildə ölkədə kifayət qədər müddət yaşadığının sübuta yetirilmədiyi qənaətinə gəlib. Bu səbəbdən Şakiraya tətbiq edilən vergi cərimələri ləğv olunub.
Təxminən 8 ildir davam edən hüquqi mübarizədə məhkəmənin Şakiranın xeyrinə qərar verməsi həm İspaniya ictimaiyyətində, həm də maqazin dünyasında geniş rezonans doğurub.

