Kanal D-də yayımlanan və maraqla izlənilən “Uzak Şehir” serialında Şahin Albora obrazını canlandıran Alper Çankaya bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
Uğurlu aktyorun serialda Pakize obrazına həyat verən rol yoldaşı Yaren Güldiken ilə münasibət yaşadığı ortaya çıxıb.
Setdə başlayan yaxınlıq sevgiyə çevrildi
Bir müddətdir birlikdə olduqları iddia edilən Alper Çankaya və Yaren Güldikenin birgə fotoları yayılıb. Serialın mövsüm fasiləsinə çıxmasından sonra tətilə gedən ikilinin səmimi görüntüləri qısa zamanda diqqət çəkib.
Fotoları ortaya çıxdı

Çankaya və Güldikenin birlikdə görüntülənməsi sevgi iddialarını daha da gücləndirib. Cütlüyün münasibətinin bir müddətdir davam etdiyi bildirilir. Hər iki aktyor isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
“Uzak Şehir”ə vida edir
Digər tərəfdən, Alper Çankayanın “Uzak Şehir” serialındakı macərasının sona çatdığı qeyd olunub. Serialın vacib obrazlarından biri olan Şahin Albora obrazını canlandıran aktyorun mövsüm finalı ilə birlikdə layihədən ayrılacağı öyrənilib.
Yeni ünvanı Netflix oldu

Aktyorun yeni layihəsi də bəlli olub. Alper Çankayanın Netflix üçün hazırlanan və çəkilişlərinə yaxın vaxtlarda başlanacaq “Eve Giden Yol” serialının heyətinə qatıldığı bildirilir.

