Kanal D-də yayımlanan “Eşref Rüya” serialında canlandırdığı Eşref Tek obrazı ilə diqqət mərkəzində olan Çağatay Ulusoy bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
Bir müddətdir həmkarı Aslıhan Malbora ilə münasibətdə olan aktyorun sevgi fotosu sosial şəbəkələrdə geniş müzakirə olunub.

Aslıhan Malbora sevgilisi Çağatay Ulusoyla dodaq-dodağa olan şəklini sosial media hesabında paylaşıb. Qısa zamanda paylaşıma minlərlə bəyənmə və şərh gəlib.
İzləyicilər fotolara “Çox gözəlsiniz”, “Möhtəşəm görünürlər”, “Əla kadr” kimi rəylər yazıblar.

