"Qalatasaray"da uğurlu oyun nümayiş etdirən Barış Alper Yılmaz bir sıra Avropa klublarının diqqət mərkəzindədir.
Den.az xəbər verir ki, hələ mövsümün əvvəllində bir sıra klubların marağında olan futbolçu “Qalatasaray”da qalmağa üstünlük vermişdi. Lakin mövsümün fasiləsində Barış Alper Yılmazın İngiltərəyə transfer ola biləcəyi deyilir. İngiltərə mətbuatında yer alan iddialara görə, "Nottingham Forest" mövsümün fasiləsində Barış Alper Yılmazı heyətinə qatmaq istəyir. İngiltərə klubu Barış Alper üçün 20 milyon avro büdcə ayırıb. "Qalatasaray"ın Barış Alperdən daha çox gəlir əldə etmək istədiyi irəli sürülür.
Qeyd edək ki, Barış Alper Yılmaz ötən mövsüm ümumilikdə 55 matçda iştirak edib. Meydanda 3490 dəqiqə meydanda olan futbolçu 7 qol və 12 məhsuldar ötürmə ilə töhfə verib.
"Qalatasaray"ın ulduzu tarixi kluba gedir - Böyük təklif irəli sürüldü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.