Türkiyəli komediyaçı Deniz Göktaş İstanbul Hava Limanında saxlanılıb.
Məlumata görə, sosial media platformalarında yayımladığı videolarda cinayət tərkibi aşkar edildikdən sonra onun barəsində istintaq başladılıb.
Göktaş xarici səfərdən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında pasport nəzarəti zamanı saxlanılıb.
İstanbul Respublika Baş Prokurorluğu komediyaçı barəsində “xalqın bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq şəkildə aşağılama” maddəsi üzrə istintaqa başlayıb.

Deniz Göktaş son olaraq Harbiyedə səhnələşdirdiyi “Ölü Deniz” adlı stand-up şousundakı bəzi fraqmentlərlə sosial mediada gündəmə gəlmişdi.
Baş Prokurorluğun məlumatına görə, onun sosial şəbəkələrdə yayılan çıxışlarında cinayət tərkibi müəyyən edilib.
Göktaş daha əvvəl sosial media hesabında açıqlama yayaraq bir müddətdir planlaşdırdığı tətil üçün xaricdə olduğunu bildirmişdi. O, “Türkiyədə olmağımı tələb edən bir vəziyyət yaranarsa, ilk təyyarə ilə qayıdacağam”, — deyə qeyd etmişdi. (milliyet.com)

