İstanbulda narkotiklərlə mübarizə əməliyyatı çərçivəsində məşhur türk aktyoru Burak Deniz saxlanılıb.
Bu barədə Habertürk məlumat yayıb.
Məlumata görə, axtarış zamanı Burak Denizdən 1 qram marixuana götürülüb. Aktyor ifadə vermək üçün jandarmaya aparılıb, daha sonra narkotik testi keçiriləcək.
İstintaq çərçivəsində ümumilikdə 14 nəfər barəsində həbs qərarı verilib. Siyahıda Hafsanur Sancaktutan, Serra Pirinç, Sinem Ünsal, Büşra Pekin, Ahsen Eroğlu, Mert Demir, Emir Can İğrek, Utku Yunsal, Emre Öztürk, repçi Ender Eroğlu, aşpaz və restorator Somer Sarıoğlu, influenser Oğün Alibaş və bloqer Enes Güler də yer alır.
Əməliyyat zamanı 14 nəfərdən 11-i saxlanılıb. Somer Sarıoğlu, Sinem Ünsal və Ahsen Eroğlu isə azadlıqda qalıb. Məlumata görə, onlardan ikisi gizlənir, biri isə ölkə xaricindədir.

