Türkiyədə məşhur simalara yönəlmiş narkotiklə bağlı istintaqda yeni mərhələ başlayıb. İstanbul Anadolu Respublika Prokurorluğunun göstərişi ilə İl Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə Şöbəsinin keçirdiyi əməliyyatlar çərçivəsində bir sıra tanınmış şəxslər saxlanılıb.
İstintaq çərçivəsində komediyaçı Hasan Can Kaya, “Reynmen” kimi tanınan müğənni və fenomen Yusuf Aktaş, repçi Emirhan Çakal, eləcə də Mazlum Aktürk, Mert Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Berkcan Güven və Fırat Yayla barəsində saxlanılma qərarı verilib.
Əməliyyatlar İstanbul, Ankara, Muğla və Yalova şəhərlərində həyata keçirilib. Məlumata görə, saxlanılan şəxslər prokurorluq tərəfindən aparılan narkotiklə bağlı araşdırma çərçivəsində istintaqa cəlb olunublar.
Hazırda istintaq tədbirləri davam etdirilir.

