Keçirdiyi əməliyyatdan sonra Ankara Bilkent Şəhər Xəstəxanasında fizioterapiyaya başlayan məşhur sənətçi İbrahim Tatlısəsdən yeni foto paylaşılıb.
Xəstəxananın həyətində çəkilən fotoda sənətçinin əhvalının yaxşı olduğu və gümrah göründüyü diqqət çəkib.

Planlı reabilitasiya prosesi keçən Tatlısəsin səhhətinin yaxşılığa doğru getdiyi bildirilib.
Müalicəsi müddətində nazirlər və yaxın dostları tərəfindən tək buraxılmayan sənətçinin nə vaxt evə buraxılacağı isə maraq doğurur.

