Rusiyalı müğənni Valeri Meladzenin bacısı Liana Meladze Londonda biznes qurduqdan sonra Böyük Britaniya vətəndaşlığı alıb.
Bu barədə RIA Novosti Böyük Britaniyanın korporativ hesabatlarına istinadən məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin noyabrında Böyük Britaniyada Musilian Limited adlı şirkət təsis edilib. Şirkət səs yazısı və videomaterialların istehsalı sahəsində fəaliyyət göstərir.

Bildirilir ki, şirkətin səhmlərinin 75 faizi Liana Meladzeyə məxsusdur. Təsis sənədlərində o, həmçinin Gürcüstan vətəndaşı kimi göstərilib.
Lakin 2025-ci ilin sentyabrında Musilian Limited şirkətinin direktoru vəzifəsinə təyin edilərkən Meladze sənədlərdə artıq rəsmi olaraq Böyük Britaniya vətəndaşı kimi qeyd olunub.

