Türkiyəli aktrisa Ece İrtemin ölümü ilə bağlı hazırlanan ilkin məhkəmə-tibbi ekspertiza rəyində onun bədənində döyülmə, zəhərlənmə və ya ölümə səbəb ola biləcək travmatik əlamət aşkar edilməyib.
Milliyetin məlumatına görə, ilkin qiymətləndirmədə aktrisanın ölüm səbəbinin infarkt ola biləcəyi qeyd edilib. Bununla belə, dəqiq ölüm səbəbi geniş ekspertiza araşdırmaları başa çatdıqdan sonra hazırlanacaq yekun rəydə məlum olacaq.
Vəkil Uğur Gökkoyunun müraciətində İrtemin qısa müddət əvvəl Tailand səfəri zamanı meymun hücumuna məruz qalmış ola biləcəyi iddiasına da yer verilib.
İstintaq çərçivəsində qan zəhərlənməsi — sepsis ehtimalı və aktrisanın qollarındakı yara izləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.

