Türkiyəli aktrisa Ece İrtem 35 yaşında vəfat edib. O, son olaraq “Kızılcık Şerbeti” serialında İşıl obrazını canlandırırdı., aktrisa evində olarkən qəfil halı pisləşib. İlkin ehtimala əsasən, onun ürəktutmasından vəfat etdiyi bildirilir.
"Milliyet" yazır ki, aktrisa evində olarkən qəfil halı pisləşib. İlkin ehtimala əsasən, onun ürəktutmasından vəfat etdiyi bildirilir.
Ece İrtemin vəkili Uğur Gökkoyun aktrisanın ölümü ilə bağlı açıqlama verib. O bildirib ki, hadisə aktrisanın evində, anası ilə birlikdə olduğu zaman baş verib.
“Müvəkkilim Ece İrtem bu gün saat 12:00 radələrində vəfat edib. Hadisə öz evində, anası ilə birlikdə olduğu vaxt baş verib. İlkin ehtimala görə, onun ürəktutmasından vəfat etdiyini düşünürük. Araşdırma davam edir. Dəqiq nəticə məhkəmə-tibbi ekspertiza nəticəsindən sonra məlum olacaq. Ailəsinə və bütün sevənlərinə başsağlığı verirəm”, — vəkil qeyd edib.
Məlumata görə, aktrisa bir gün əvvəl yeni yaşını qeyd etmişdi.

Ece İrtem 14 iyun 1991-ci ildə Sivasda anadan olub. O, teatr, serial və opera sahələrində təhsil almış çoxşaxəli aktrisa kimi tanınırdı. Sənətə marağı hələ ibtidai məktəb illərində başlayıb. Məktəb tamaşalarında iştirak edən İrtem kiçik yaşlarından səhnəyə maraq göstərib.
Aktrisa sənət təhsilinə İzmirdə başlayıb. 2014-cü ildə Yaşar Universitetinin Opera/Şan ixtisasını üçüncülük dərəcəsi ilə bitirib. Təhsil aldığı müddətdə opera sahəsində Türkiyənin və dünyanın tanınmış sənətçiləri ilə çalışıb.
Ece İrtem “Kızılcık Şerbeti” serialındakı rolu ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınırdı.

