“Çok Güzel Hareketler Bunlar” proqramı ilə tanınan məşhur türkiyəli aktrisa Pelin Öztekin yenidən gündəmə gəlib.
Bir müddət əvvəl mədə həcminin azaldılması əməliyyatı etdirən və 4 il ərzində 93 kiloqram arıqlayan Öztekin sosial şəbəkə hesabında yeni yaşını qeyd edib. Aktrisanın paylaşdığı son görüntülər izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.
2014-cü ildə əməliyyat olunan Pelin Öztekin həmin dövrdə 156 kiloqram çəkidə olub. Sonradan o, çəkisini 60 kiloqrama qədər endirib. Məşhur aktrisa daha əvvəl verdiyi açıqlamada sağlam bədənə və ideal çəkiyə çatmaq üçün ciddi iradə göstərdiyini bildirmişdi.

“İdeal çəkiyə və sağlam bədənə sahib olmaq üçün çox çalışdım”, - deyə Öztekin qeyd etmişdi.
Aktrisa bu dəfə ağ libasda çəkilən yeni fotosunu paylaşaraq doğum gününü qeyd edib. Onun dəyişimi sosial şəbəkələrdə geniş müzakirə olunub və paylaşımına çoxsaylı bəyənmə gəlib.
Pelin Öztekin daha əvvəl qatıldığı proqramlardan birində artıq çəkili olduğu dövrdə özünəinamının daha yüksək olduğunu da etiraf etmişdi.

“Çünki artıq çəkili halımın itirəcəyi heç nə yox idi, hər şeyi qəbul etmişdi. İndi isə mən hər şeyi bilirəm. Gözəlləşdiyimi bilirəm. İnsanların baxışının dəyişdiyini bilirəm. Bir çox səbəb ortaya çıxdı. Səbəblər ortaya çıxanda seçimlərin də dəyişməyə başlayır. Əvvəllər hamıya qucaq açan Pelin birdən-birə ‘sən həyatımda olmasan da olar’, ‘sən gələ bilərsən’, ‘sən gedə bilərsən’ deməyə başladı. Artıq çəkili olduğum vaxt daha rahat və cəsarətli idim”, - deyə aktrisa bildirib.

