Xəbər verdiyimiz kimi, amerikalı aktrisa Anne Hathaway üçüncü övladına hamilə olduğunu açıqlayıb.
Məşhur Hollivud ulduzu Barbra Streisand isə sosial şəbəkə hesabında Hathaway-in böyüyən qarnını sığalladığı fotonu paylaşaraq aktrisanı və həyat yoldaşı Adam Shulmanı təbrik edib.
84 yaşlı Streisand paylaşımında “Anne və Adam, körpə münasibətilə təbriklər!” sözlərini yazıb.

43 yaşlı Hathaway hamiləlik xəbərini bir gün əvvəl sosial media hesabında elan etmişdi. Aktrisa 2008-ci ildə tanış olduğu və 14 ildir evli olduğu Adam Shulmanla iki oğul böyüdür. Cütlüyün 10 yaşlı Jonathan və 6 yaşlı Jack adlı övladları var.
Hathaway-in hamiləlik xəbərindən sonra ona məşhur dostlarından çoxsaylı təbrik mesajları gəlib. Model Gigi Hadid xəbərə “Bəli, anaaa” sözləri ilə reaksiya verib, Suki Waterhouse isə “Sənin adına çox xoşbəxtəm” deyə yazıb.
Son vaxtlar Hathaway-in qarnını gizlədən geyimlərlə görüntüləndiyi bildirilirdi.

