Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizerin ikinci dəfə valideyn olmağa hazırlaşdığı iddiaları maqazin gündəminə düşüb.
Bir müddətdir ekranlardan uzaq olan cütlüklə bağlı yayılan xəbərlərdən sonra məsələ ilə bağlı açıqlama verilib.
Jurnalist Birsen Altuntaşın əlaqə saxladığı Başak Dizer hamilə olduğu barədə iddiaları təkzib edib. O, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Dizer qısa açıqlamasında “Xeyr, doğru deyil” sözlərini deyib.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə ailə qurublar. Cütlük 2022-ci ildə Kurt Efe adını verdikləri oğullarını qucaqlarına alıb.
Başak Dizerin açıqlaması ilə cütlüyün ikinci övlad gözlədiyi barədə iddialar da təkzib olunub.

