Misirdə aldığı evlilik təklifinə “hə” deyən aktyor Doğaç Yıldız və sevgilisi Başak Çoruh bu dəfə nişanlanıblar.
Bir vaxtlar “İki Aile” serialında canlandırdığı Efe obrazı ilə tanınan Doğaç Yıldız münasibətini evliliyə doğru daha ciddi mərhələyə daşıyıb.
Misirdə baş tutan romantik evlilik təklifindən sonra cütlük nişan üzüklərini taxıb. Onlar İstanbulda ailələri və yaxın dostlarının iştirakı ilə keçirilən sadə mərasimdə evlilik yolunda ilk rəsmi addımı atıblar.

Cütlük xoşbəxt anlarını sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüb. Nişan mərasimindən paylaşılan fotolar qısa müddətdə çoxlu bəyənmə və təbrik mesajı alıb.
Doğaç Yıldız paylaşımına “Yaşanacaqdı, yaşandı. Dəstəyini və varlığını əsirgəməyən hər kəsə təşəkkürlər” sözlərini yazıb.


