Oğuzhan Koç və Hazal Subaşı istirahətlərini Çeşmədə davam etdirirlər.
“Hürriyet”in məlumatına görə, Alaçatıda yerləşən çimərliklərdən birində görüntülənən məşhur cütlük uzun müddət localarında günəşlənərək dincəlib.

Daha sonra əl-ələ dənizə doğru gedən cütlük səmimi görüntüləri ilə diqqət çəkib.
Oğuzhan Koç dənizə girərək sərin sulardan zövq alıb. Hazal Subaşı isə suyun soyuq olması səbəbindən üzmək fikrindən daşınıb və sevgilisini sahildən izləməyi üstün tutub.
Qısa müddət dənizdə qalan Koç daha sonra Subaşı ilə birlikdə yenidən localarına qayıdıb.

Cütlük günün qalan hissəsini sakit şəkildə dincələrək keçirib. Romantik görüntüləri ilə diqqət çəkən Koç və Subaşı yay mövsümünün ən çox danışılan məşhur cütlüklərindən biri olublar.

