Ədirnə Ədliyyəsində hakim vəzifəsində çalışan Ezgi Besen və vəkil Yüksel Görkem Erbek Ədirnədə keçirilən dəbdəbəli toy mərasimi ilə həyatlarını birləşdiriblər.
Son HSK qərarnaməsi ilə Safranboluya təyin olunan Ezgi Besenin nikah mərasimi Sarayiçindəki Ağa Köşkündə baş tutub.
Cütlük ötən həftə İstanbulda yaxınları üçün təşkil edilən yaxta əyləncəsindən sonra toy qeyd etmələrini Ədirnədə davam etdirib. Nikah mərasimindən sonra qonaqlar Ədirnədəki dəvət bağçasında təşkil olunan tədbirdə bir araya gəliblər.
Cütlüyün nikah masasına əyləşdiyi anlarn görüntüləri də paylaşılıb.
Məşhur müğənni Ümit Besenin qızı Ezgi Besenin nikah mərasimində iştirak edə bilmədiyi məlum olub.
Konsert proqramı üçün Bodrumda olan sənətçinin Ədirnəyə gəlmək üçün minməli olduğu təyyarəyə gecikdiyi bildirilib. Bu səbəbdən Ümit Besen qızının həyatının ən önəmli günlərindən birində nikah mərasimində iştirak edə bilməyib.





